Ermənistanda Fransanın səfiri: “Dağliq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, ilin başından bəri təmas xəttində 57 əsgər həlak olub”

Ermənsitanda Fransanın səfiri olaraq deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir.
Bu haqda bu gün jurnalistlərə müsahibəsində Ermənistanda Fransanın səfiri Jonatan Lakot bildirib.
“Söz heç də dondurulmuş münaqişə haqqında deyildir. Bu Ermənsitan Dövlətinə, cəmiyyətinə və hökumətinə ciddi təsir göstərən real bir münaqişədir. 2017-ci ilin başında bəri təmas xəttində 57 əsgər həlak olub. Bu münaqişə bizi narahat edir və Fransa ATƏT-in Minsk qrupu həmsədr ölkəsi kimi öz öhdəliklərini yerinə yetirmək üçün qərarlıdır-“ deyə səfir qeyd etdi.
O vurğulayıb ki, münaqişə güc tədbiq etməmək, ərazi bütövlüyünün qorunması və xalqların öz müqəddəratını təyin etmək hüquqlarına əsasn həll olunmalıdır.
“Qeyd etmək istəyirəm ki, bu münaqişəyə Fransada ən yüksək rəhbərlik səviyyəsində izləyirlər. Lakin söz hər halda vasitəçi mövqe haqqındadır. Danışıqlı və davamlı uzunmüddətli həll tapmağı əhəmiyyəti təbii olaraq iki münaqişə tərəfinə aiddir”- deyə Jonatan Lakot qeyd etdi. Səfir bildirib ki, Fransa Cenevrədə sammit şərçivəsində Ermənistan və Azərbaycan prezidentlərinin görüşü, Vyanada xarici işlər nazirlərinin görüşünü alqışlayır.