Siyasət

Ermənistan-İran dostluq qrupunun nümayəndə heyəti İİR-də bir sıra görüşlər keçirib

Dekabrın 12-də Vahram Bağdasaryanın başçılıq etdiyi nümayəndə heyəti İİR Məclisinin İran-Ermənistan dostluq qrupunun sədri, iqtisadi məsələlər, energetika, xarici əlaqələr və müdafiə komitələrinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Ermənistan-İran əməkdaşlığına dair bir sıra məsələlər, xüsusilə də iqtisadiyyat, enerji, xarici siyasət və təhlükəsizlik sahələrində olan əməkdaşlığı müzakirə olunub.

İqtisadi əməkdaşlıq çərçivəsində tərəflər Meğridə yaradılan azad iqtisadi zonasının işləri, imkanları və gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlərə də toxunublar. İran və Ermənistan məhsul dövriyyəsinə xüsusi diqqət ayrılıb.

Energetika sahəsində ikinci elektrik xəttinin tikilməsinə dair məsələlər müzakirə olunub. Tərəflər qeyd ediblər ki, hazırlıq işləri sona çatıblar və artıq tikilmə mərhələsinə girməlidirlər. İrandan Ermənistana  qaz alışını təşkil etmə mövzusu ilə bağlı bəzi razılaşmalar əldə edilib.

Daha çox göstər
Back to top button