BaşlıcaBeynəlxalqSiyasət

Avstraliya Yaşıllar Partiyası rəsmi olaraq Artsax Respublikasını tanıyıb

Avstraliya Yaşıllar Partiyası Artsax Respublikasının sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu partiya platformuna daxil edib. Bu barədə Avstraliyadakı “Erməni Milli komissiyası”(Hay Dat komissiyası) bildirib.
Erməni Soyqırımını tanımış Yaşıllar partiyası hökuməti “Dağlıq Qarabağın müstəqilliyi tanımağa, Dağlıq Qarabağ və onun vətəndaşlarıyla Avstraliyanın əlaqələri gücləndirməyə çağırıb”.

Avstraliyanın Yaşıllar partiyası qanuni parlament seçkiləriylə azad və demokratik cəmiyyət yaratmaq üçün Dağlıq Qarabağın səyləri, eləcə də məsuliyyətli hökumətin olması ilə bağlı davam edən işləri görüyür”- deyə partiyanın bəyanatında bildirilir.

Avstraliyadakı Erməni Milli komissiyasının sədri Vaçe Ğahramyan partiyanın qərarı alqışlayaraq qeyd edib ki, Dağlıq Qarabağ min illiklərlə erməni vətəninin bir hissəsi olmuşdur.
Avstraliyadakı Artsaxın daimi nümayəndəsi Kaylar Mikayeıyan DĞR-nın hökumətinin adından siyasi gücün qərarını alqışlayıb: “ Bu həqiətən tarixi tanımadır. Artsax Respublikasının xalqı artıq 26 ildir ki, təhlükəsizliyin daimi təhdidi altında yaşayır. Buna baxmayaraq, onlar dünya tərəfindən tanınması gözləyən demokratik bir dövlət qura bilmişlər”- deyə o vurğulayıb.

Avstraliyanın federativ parlamentində Avstraliya Yaşılları Yuxarı palatasında doqquz senatorla və Nümayəndə palatasında bir üzvlə təmsil edilmişdir.

Daha çox göstər
Back to top button