Siyasət

Biz 2018-ci ilin baharına Ermənistan-Türkiyə protokolları olmadan girəcəyik: Nalbandyan Afinada

Biz 2018-ci ilin baharına Ermənistan-Türkiyə protokolları olmadan girəcəyik. Bunu Yunanıstan XİN-də çıxışında ER Xİ naziri Edvard Nalbandyan bildirib.

“Əminəm ki, siz Ermənistan-Türkiyə münasibətlərinə olan yanaşmamızla maraqlanacaqsınız. Bildiyiniz kimi, Ermənistan Prezidentinin təşəbbüsü ilə türkiyə ilə münasibətlərin nizamlanma prosesi başlamışdı və 2009-cu il oktyabrda Sürix protokolları imzalanmışdı. Laskin bu günədək bu protokollar reallaşdırılmayıb, çünki Türkiyə əsassız və protokollara zidd olan şərtlər irəli sürüb. Bu sənədlər həmişə belə qalmayacaqdı və ER Prezidenti sentyabrda BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, Ermənistan sənədlərini ləğv edəcək, çünkü bunların həyata keçirilməsi üçün heç bir müsbət irəliləyiş yoxdur və biz 2018-ci il baharına bu protokolları olmadan girəcəyik”,-deyə o qeyd edib.

Daha çox göstər
Back to top button