Təhlil

CPJ: Azərbaycanda 10 jurnalist həbsdədir

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, dünya üzrə həbsdə olan jurnalistlərin sayı yeni bir rekord vurub. Qurumun mövqeyincə, bu, “beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı həll edə bilməməsinin” göstəricisidir.

“Azadliq.info” saytına əsasən, Azərbaycan ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır, hazırda bu ölkədə 10 jurnalistin həbs çəkdiyi bildirilir.

Ancaq hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını vurğulayır.

İran və Rusiyanın hər birində 5, Özbəkistanda dörd, Qazaxıstanda iki, Ukrayna, Türkmənistan və Qırğızıstanın hərəsində bir jurnalist həbsdədir.

CPJ qeyd edir ki, jurnalistlərin təxminən 75 faizi dövlət əleyhinə ittihamlarla saxlanıb, çoxu “geniş və qarışıq terror qanunları” ilə ittiham olunur.

Dünya üzrə həbsdə olan 35 jurnalistə isə ittihamlar ictimaiyyətə açıqlanmayıb.

Daha çox göstər
Back to top button