BeynəlxalqSiyasət

E. Nalbandyan: “Ermənistan AB ilə viza liberallaşdırılması prosesinin başlanğıcına xüsusi əhəmiyyət verir”

Yunanistan Xİ nazirliyində çıxış zamanı Ermənistan Xİ naziri Edvard Nalbandyan Yunanıstan ilə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, əsrlər boyu erməni-yunan dostluq munasibətləri barədə danışıb.

Nazirin sözlərincə, ER-AB münasibətlərində Yunanıstan Ermənistanın əsas tərəfdaşlarından biridir.
“Noyabrın 24-də Ermənistan Avropa Birliyi ilə Hərtərəfli və Geniş tərəfdaşlıq razlaşması imzalayıb. Avrsiya iqtisadi birliyinin aktiv üzv olaraq Ermənistan həmçinin digər inteqrasiya formatları ilə əlaqələrini inkişaf etdirir. Ümid edirik ki, oxşar məqsədyönlü və real dialoq bizim regionumuzda əməkdaşlığın təşviqi üçün hərəkətverici bir qüvvə olacaq.

Bu razlaşmanın imzalanması ER-AB tərəfdaşlığının yeganə nümunəsi deyil. Son iki illərdə biz qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində irəliləməyə, xüsusiylə COSME-ə, “Yaradıcı Avropa”, “Horizon-2020”, proqramlarına qoşulmaya, Ümumi Aviyasiya zonası haqqında razlaşması ilkin imzalamaya və Transavropa nəqliyyat şəbəkəsinin Ermənistan Respublikasına doğru genişlənmə yüksək səviyyəli qarşılıqlı əlaqə haqqında protokolu imzalamaya başlamışıq. Biz eyni zamanda viza liberallaşdırılması prosesinin başlanğıcına xüsusi əhəmiyyət verərək yeni təşəbbüsüləri gözləyirik. ER-AB tərəfdaşlığına yönəldilmiş bizim yunan əməkdaşlarımızın gələcək dəstəyini gözləyirik.

Biz Ermənistan və Yunanıstan arasında ikitərəfli iqtisadi əlaqələrin genişlənmə imkanlarını müzakirə edirik. Bu baxımdan hökumətlərarası komissiyasının işi və biznes konfranslarının təşkili faydalı ola bilər.

Ermənistanın Avrasiya İqtisadi birliyinə qoşulması nəticəsində ticarət və investisiyalar üçün yeni imkanlar yaradılıb. Bu gün Erməınistan vasitəsiylə Avrasiya İqtisadi birliyinin 170 milyonluq bazarına gömrüksüz çıxış edə bilər. Ermənistanın AB, ABŞ, Yaponiya və digər ölkələrlə imtiyazlı rejimi var. Ümid edirik ki, siyasi inkişafların nəticəsində olan imkanlar 80 milyonluq bazar olan qonşumuz İranla tam iqtisadi əməkdaşlığa imkan verəcək. Bu baxımdan Fars körfəzi- Qara dəniz nəqliyyat və kommunikasiya marşrutları vacib ola bilər”- deyə E. Nalbandyan bildirib.

Daha çox göstər
Back to top button