BaşlıcaSiyasət

Nalbandyan: Həmsədrlərin təklif etdiyi və Ermənistanın dəstəklədiyi şeyləri Azərbaycan rədd edir

ER Xİ naziri Edvard Nalbandyan Yunanıstan Xarici İşlər Nazirliyində çıxış edib. DQ münaqişəsi barədə Nalbandyan qeyd edib ki, münaqişənin sülh yolu ilə nizamlanması ER xarici siyasi gündəminin əsas prioritetlərlərindəndir.

“Dekabrın 6-da Vyanada ATƏT-in Nazirlər Konfransı çərçivəsində azərbaycanlı həmkarımla görüşdüm. Bu görüş il ərzində bizim 6-cı görüşümüzdü və 4 saat sürdü. Görüş ümumi olaraq müsbət mühitdə keçib, lakin görüşdən sonra mən “baxaq sonra nə olacaq” dedim. Bəs niyə elə dedim? Çünkü bu il oktyabr ayında Cenevrədə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş son zirvə də mübət mühitdə keçmişdi, lakin görüşdən sonra Azərbaycan öz ənənəvi əsassız ittihamlarına və hərbi ritorikasına başlayıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı nöbəti dəfə beynəlxalq hüququn 3 prinsipini təsdiq edib. Bunlar güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Son bəyanatda həmsədrlər Yerevan və Bakını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsini qəbul etməyə və  2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə qəbul edilmiş digər qərarlar da icra etməyə çağırıblar.

Azərbaycan elə göstərir ki, keçən sammitlərdə əldə edilmiş razılaşmalar erməni tərəfinin irəli sürdüyü ön şərtləridir. Ermənistan ön şərtlərini irəli sürməyib, lakin bu demək olmur ki, əldə edilmiş razılaşmalar icra edilməməlidir. Bu razılaşmaların icra etməsindən imtina edərək Azərbaycan Bakıya qarşı danışıqlar tərəfi olaraq etibarını şübhə altına alır.

Bir daha da qeyd etmək istəyirəm ki, Ermənistanmünaqişənin yalnız sülh yolu ilə nizamlanmasını dəstəkləyir və danışıqlara alternativ yoxdur. Aydındır ki, həmsədrlərin təklif etdiyi və Ermənistanın dəstəklədiyi şeyləri Azərbaycan rədd edir və bu, danışıqlar prosesinə maneə olur”.

Daha çox göstər
Back to top button