Siyasət

NATO Baş katibinin müavini Ermənistana gələcək

Yerevanda “Ermənistanda NATO həftəsi” tədbiri başlayıb. Tədbirdə olan ER MN müdafiə siyasəti üzrə idarəsinin rəisi Levon Ayvazyanın sözlərinə görə, NATO ilə ER-nın prioritet planları uzun müddətlidir və illər ərzində bunlar daha da inkişaf etdirilir.

“NATO ilə hərbi təhsil və təlimlər istiqamətlərində əməkdaşlıq edirik. Müdafiə sahəsinin islahatları üçün da aktiv şəkildə əməkdaşlıq edirik”,-deyə Levon Ayvazyan qeyd edib.

NATO-nun Cənubi Qafqazdakı rabitə şöbəsinin müdir müavini Rosario Puglis öz növbəsində deyib ki, Ermənistanda “NATO həftəsi” tədbirinin məqsədi ictimaiyyətin NATO-ER əməkdaşlığı barədə məlumatlandırmasıdır. “Həftə bizim üçün önəmlidir, çünkü ER-NATO arasında olan əməkdaşlığı göstərməyə imkanımız var. Ermənistana Əfqanıstandakı 121, Kosovoda isə, 25 sülhməramlısı üçün təşəkkür edirik”.

O həmçinin bildirmişdir ki, NATO-nun Baş katibinin müavini Rouz Gettemyuller Ermənistan Prezidenti, müdafiə naziri və xarici işlər naziri ilə görüşmək üçün dekabrın 18-də Ermənistana səfər edəcək.

Daha çox göstər
Back to top button