Mədəniyyət

ER-ya gələn finlər təsirlənmiş olduqlarını deyirlər

Finlandiyada təxminən 700-dən çox erməni yaşayır. Orada yaşayan ermənilər müxtəlif sahələrdə işləyir və çoxları öz sahələrində uğurlar əldə etmişlər. Bu haqda “Armenpress”-ə müsahibədə Finlandiya-Ermənistan assosiasiya təsisçilərindən Abgar Margaryan danışıb.

Finlər arasında ermənilər və Ermənistan barədə bilənlərə gəlincə isə, Abgar Margaryan qeyd edib ki, çoxlar Ermənistan və ermənilər haqqında bilir, lakin bu mövzuda ediləcək çox iş var.

“Cari il assosiasiyamız hər il Helsinkidə keçirilən mədəniyyət festivalında iştirak edirdi və festival çərçivəsində ilk dəfə Ermənistanı təmsil etdik. Finlər erməni pavilyonla maraqlandılar. Onlar gəlib Ermənistan barədə danışırdılar, Ermənistana etdikləri səfərləri və bir daha da gəlmək niyyətlərini söyləyirdilər”.

Abgar Margaryan deyib ki, Ermənistanı ziyarət edən finlər Ermənistandan çox təsirlənirlər. Çoxlar deyir ki, həyatları iki bölümə ayrılır: Ermənistana gəlməkdən öncə və sonra. Assosiasiyanın əsas məqsədlərindən biri Finlandiyada erməni mədəniyyəti, erməni tarixi barədə məlumatlandırılması və yayılmasıdır. Bunun üçün müztəlif tədbirlər təşkil edilir və bunlarda Erməni Soyqırımı və Artsax məsələsi də daxil olunur.

Daha çox göstər
Back to top button