Təhlil

Ermənistan-İsrail ictimai forumunun işəri 2018-ci ildə üç əsas istiqamətdə keçiriləcək

Ermənistan-İsrail ictimai forumu cari il işlərinin nəticələrini yekunlaşdırdı.”Armenpress”-ə müsahibədə bunu İsrail Parlamentinin sabiq millət vəkili, forumun həmsədri Aleksandr  Tsinker bidirib. O qeyd edib ki, keçən il Ermənistan-İsrail münasibətlərinin konteksində müsbət idi.

“Cari ildə forumun 2-ci və 3-cü icasları İsrail və Ermənistanda keçiirildi. İsrailin Regional Əməkdaşlıq naziri Ermənistana gəlib. Səfər çərçivəsində mədəni, təhsil və elm, gənclik və idman sahələrdə 2017-2020-ci il əməkdaşlıq layihəsi təsdiq ediib. Bu il erməni və israilli jurnalistlərin İsrail və Ermənistana səfərləri qeyd olundu. Və bu çox vacib bir istiqamətdir. Baş nazir Benyamin Netanyahuun dəvəti ilə Erməni xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri də diqqət çəkir. Yəni il uğurlu hesab edilə bilər. Əlaqələrin inkişafı baxımından iki ölkənin parlamentlərarası dostluq qruplarının rəhbərlərinin işinə əhəmiyyət verirəm”, – Aleksandr Tsinker bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin işlərinin əsasında üç istiqamət müəyyənləşdirilib. Birincisi kənd təsərrüfatı biznesidir. Sonrakı yüksək texnologiya, üçüncü isə turizmdir. O qeyd edib ki, bu istiqamətdə tərəflər müxtəlif dillərdə birgə veb sayt yaratmaq fikrini müzakirə ediblər. “Bu üç istiqamətə əlavə olaraq gələcək işlərdə başqa istiqamətlər də inkişaf edəcək “.

Daha çox göstər
Back to top button