BaşlıcaSiyasət

İran DQ münaqişəsi tərəflərini danışıqlar prosesini davam etdirməyə çağırır

ER-nın İrandakı səfiri Artaşes Tumanyan dekabrın 12-də İİR Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generalı Amir Hatamla görüşüb. Nazir Hatam Ermənistan-İran münasibətlərinin səviyyəsini yüksək qiymətləndirərək qeyd edib ki, qonşularla əlaqələrin güclənməsi İran xarici siyasətinin əsas istiqamətlərindəndir və müstəqil ER ilə 26 il ərzində bu əlaqələr daha da inkişaf etmişdir.

DQ münaqişəsinin nizamlanmasında ER mövqeyini təqdim edən səfir Tumanyan beynəlxalq hüquqa əsaslanaraq məsələnin yalnız sülh yolu ilə nizamlanması istiqamətində İranın balanslı mövqeyini yüksək qiymətləndirib. Səfir Tumanyan müdafiə və regional təhlükəsizlik sahəsində iki ölkənin Müdafiə Nazirlikləri arasında daimi əlaqələrin qurulmasına və məsləhətlərin keçirilməsinə əhəmiyyət verib.

Nazir Amir Hatam qeyd edib ki, münaqişə mövzusunda İranın balansı siyasəti var və tərəfləri məsələnin sülh yolu ilə nizamlanması üçün danışıqlar prosesini davam etdirməyə çağırır. Tərəflər Yaxın Şərqdəki vəziyyətə toxunaraq, bütün ölkələrin maraqlarından irəli gələn bölgədə uzunmüddətli sülhə ehtiyac duyulduğunu vurğuladılar.

Daha çox göstər
Back to top button