Siyasət

Masis Mayilyan: Artsax Aİ tərəfindən addımlar gözləyir

Aylar əvvəl Ermənistanda Aİ nümayəndə heyətinin sədri Pyotr Svitalski qeyd etmişdi ki, Aİ Artsax münaqişəsinin həllindən sonra bərpa işləri üçün Artsaxa dəsətk verəcək: “münaqişə həll olunursa və Dağlıq Qarabağda sülh olarsa, Avropa İttifaqı yerli sakinlərə maliyyə dəsətk verməyə hazır olacaq”,-demişdi.

Ermənistan Aİ ilə noyabrın 24-də hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması imzaladı. Artsax bu razılaşmanın konteksində Ermənistan və Artsax üçün nə imkanlar görür? “Aravot.am”-a müsahibədə AR Xİ naziri Masis Mayilyan deyib ki, Artsax ER-nın güclənməsinə yönəlmiş bu cür təşəbbüsləri dəstəkləyir.

“Artsax və Aİ arasındakı əlaqələrə gəlincə isə, bu günə qədər Aİ-nin Artsaxa cəlbi məhdud idi. Biz çoxdan qeyd etmişik ki, Aİ və Artsax arasında əməkdaşlıq qurma və ilk nöbədə respublikada keçirilən demokratik proseslərinə Aİ dəsətyinin genişləməsi vaxtı gəlmişdir. Xüsusilə, vətəndaş cəmiyyəti institutlarının və müstəqil KİV-in inkişafı, İnsan Hüquqları Müdafiəsi ofisi ilə əməkdaşlığı və məhkəmə sisteminin təkmilləşdirilməsi sahələrində. Əməkdaşlığın başqa bir perspektivli istiqaməti yerli özünüidarəetmə islahatlarına göstərilən dəstək ola bilər. Brüsseldə biz Qarabağ münaqişənin hərtərəfli həllinə baxmayaraq, bu cür əməkdaşlığa açıq və hazır olduğunu bildirmişik. Beləliklə, biz Ai-nin irəli addımlarını gözləyirik”,-deyə Mayilyan qeyd edib.

Daha çox göstər
Back to top button