ER Parlamentinin vitsə-prezidenti, ER Parlamentinin Ermənistan-Litva, Latviya, Estoniya dostluq qrupunun sədri Eduard Şarmazanovun başçılıq etdiyi nümayəndə heyəti Litva Parlamentinin sədr müavini, Avropa ilə əlaqələr üzrə komitəsinin rəhbəri gediminas Kirkilas və Xarici Əlaqələr Komitəsinin sədri Yuozas Bernatonis ilə görüşüb. Görüşdə nümayəndə heyətinin üzvləri Litva tərəfindən Erməni Soyqırımının pislənməsini yüksək qiymətləndiriblər. Tərəflər Ermənistan-Litva Parlamentlərarası əlaqələrin davamı inkişafına və nümayəndələrin əməkdaşlığına əhəmiyyət veriblər.
ER Parlamentinin vitse-prezidenti Eduard Şarmazanov noyabrın 24-də imzalanmış ER-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasına toxunaraq qeyd edib ki, ER demokratik islahatlar və inkişaf yolu ilə gedir. Tərəflər Cənubi Qafqaz məsələlərini də müzakirə ediblər.
Cənab Şarmazanov deyib: “Həm Ermənistan, həm də Artsax münaqişələrin sülh yolu ilə və 3 prinsiə əsasən nizamlanmasını dəstəkləyirlər. Çox önəmlidir ki, Şərq Tərəfdaşlığı sammitinin bəyanatında bu üç prinsipə: güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə dəsətk verilir. Azərbaycandan gələn şiddətli ritorika narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinin məntiqinə uyğun deyildir. Ermənistanda və Artsaxda demokratiya qurulur, avtoritarizm isə Azərbaycanda inkişaf edir”.