Artsax Xarici Işlər Nazirliyi: “Tam təminatlı danışıqlar prosesinin bərpası yalnız sabitlik şəraitində mümkündür”

Ermənistan və Azərbaycan prezidentləri və xarici işlər nazirlərinin görüşü münaqişə zonasında gərginliyinin azadılması baxımından çox əhəmiyyətlidir. Tam təminatlı danışıqlar prosesinin bərpası yalnız sabitlik şəraitində mümkündür.”Armenpress”-ə müsahibəsində Artsax Respublikasının xarici işlər naziri Masis Mayilyan Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünə toxunaraq qeyd etdi.
“İndiki mrəhələdə sülh prosesinin geri dönməzliyi məsələsi ön plana qoyulur, bunun üçün 1994-cü və 1995-ci ildə imzalandığı sazişlərin qorunması və istintaq mexanizmlərinin tədbiqi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və monitorinq imkanlarının artırılması barədə əldə edilən razılaşmaları həyata keçirməlidir. Qeyd edilən tədbirlər davamlı danışıqlar üçün konstruktiv atmosfer yaradacaq”- deyə Artsax Respublikasının xarici işlər naziri qeyd etdi.