Ekonomika

Baş nazir Karen Karapetyanın iştirakıyla Syunik vilayətində “Meğri” azad iqtisadi zonası açılıb

ER baş naziri Karen Karapetyanın iştirakıyla dekabrın 15-də “Meğri” azad iqtisadi zonası açılıb.

Açılış mərasimində ER İqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan, Syunikin vilayət başçısı Vahe Hakobyan, ER-dakı İran İslam Respublikasının fövqaladə və səlahiyyətli səfiri Seyed Kazim Sacadin, bir qrup iş adamları iştirak edib.

Suren Karayan qeyd edib ki, iqtisadi zona iki mərhələdə qurulacaq: “Birinci mərhələdə Azad iqtisadi zonanın işlərinə başlamaq və fəaliyyət göstərmək istəyən şirkətlərin fəaliyyətini təşkil etmək üçün minimal zəruri infrastruktur və şərtlər yaradılmışdır”- deyə nazir Karayan bildirib.
Ona əsasən, ikinci mərhələdə gəlirli biznes üçün şərtləri yaratmaq məqsədiylə azad iqtisadi zonanın fəaliyyəti üçün zəruri infrastrukturların və ərazilərin əlavə 70 hektar genişləndirilməsi nəzərdə tutulur.

“Gələcək illərdə 50-70 istismar edən şirkətinin cəlb edilməsi nəzərdə tutulur. Onlar təxminən 100-130 mln dollar sərməyə edəcək, 1500 yeni iş yeri yaradacaq və 250 mln dollarlıq məhsul və xidmətlər ixrac edəcək”- deyərək nazir əlavə edib.

Onun sözlərincə, artıq konkret şirkətlər var ki, “Meğri” iqtisadi zonasında fəaliyyət göstərmək istəyir və gələcək günlərdə onlardan beşiylə razlaşmalar imzalanacaq. Nazir həmçinin yeni açılmış “Meğri” və “Aras” azad iqtisadi zonaları arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasının vacibliyini vurğulayıb. Bu da ikitərəfli iqtisadi əməkdaşlığın və ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək. Karayanın sözlərincə, Meğri azad iqtisadi zonasında fəaliyyət göstərmək üçün Avropa, Rus və İran firmaları da maraq göstərir.

Daha çox göstər
Back to top button