BeynəlxalqSiyasət

Davit Babayan: “Bakının əsas problemlərindən biri Qarabağ münaqişəsini islam dünyasına dini münaqişə kimi təqdim etməkdir”

Rəsmi Bakının əsas problemlərindən biri odur ki, Qarabağ münaqişəsini islam dünyasına dini münaqişə kimi təqdim edilsin və bununla bəzi dividendlər əldə edərək ermənilərə qarşı istifadə edilsin. Bu barədə “Şant” telekanalında Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan bildirib.

“Bütün bu cəhdlər bu günə qədər uğursuz olub. Əvvəlan, Qarabağ münaqişəsi dini xarakter daşımır. İkincisi, həmin Azərbaycan öz ərazisində yaşayan müsəlman azlıqlarını işgəncəyə məruz qoyub : ləzgilər, talışlar, Dağıstan və İran xalqları, kürdlər. Əlbəttə Azərbyacan tərəfindən müsulman ölkələrini Artsaxa qarşı gərginlik yaratması təcrübələrinin effektivliyi barədə danışa bilmirik”- deyə Davit Babayan qeyd edib.

Bundan başqa, ona əsasən, Artsaxda müsəlman mədəni abidələri bərpa olunur. Artsax Prezidentinin mətbuat katibinin fikirincə, əgər bəzi xalqların və ya dini birliklərin maddi dəyərləri məhv edilirsə, və ya bu insanlara qarşı ayri-seçkilik baş verirsə, bu nəinki bizim sivilizasiyamıza layiq deyil, həm də vicdasız hərəkətdir, çünki insanların müsəlman və ya başqa bir millət olaraq doğulduğu üçün günahı yoxdur: “ Biz bütün xalqlara hörmət etməliyik. Bu bizim böyüklüyümüzdür. Azərbaycan isə, hətta müsəlman olan öz vətəndaşlarını öz siyasi baxışları üçün işgəncəyə məruz qoyur. Belə bir ölkənin sadəcə olaraq heç bir haqqı yoxdur və hətta dini komponentdən danışa bilməz”.
Davit Babayana əsasən, onlar həmişə deyib ki, hər hansı dinə, o cümlədən müsəlmanlara qarşı heç bir nifrət yoxdur. Onlar heç bir vaxt unutmur ki, erməni xalqının bir hissəsi olan spyurk (diaspora) müsəlman ölkələrində də yaşayır. Biz sadəcə bütün ölkələrlə normal münasibətlər qurmalıyıq.

“Düşünürəm ki, Avropanın mövqeyi daha da realist hala çevrilmişdir , yalnız kürü və neftlərə, manata əsaslanan Azərbaycan siyasəti burada böyük rol oynayır. Avropa ictimaiyyəti artıq yorulmuşdur. Bununla yanaşı Azərbaycan Suriyada və beynəlxalq ictimaiyyətə qarşı mübarizə aparan müxtəlif radikal qrupları silahla təmin olunur. Bundan əlbəttə insanlar, o cümlədən Avropa ictimayyəti yorulub, çünki demokratiya və sivil dəyər sistəmi üçün nəinki terrorizm, həm də, məncə, korrupsiya ən böyük təhlükədir” – deyə Şərq tərəfdaşlığı sammitində və Avropa məhkəmələrində Azərbaycanın istədiyi təriflər olmamasına toxunaraq Artsax Prezidentinin mətbuat katibi bildirib.

Daha çox göstər
Back to top button