BaşlıcaSiyasət

ER Prezidenti DQ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini təqdim etdi

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan DQ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini təqdim edib. “Armenia” telekanalına verdiyi müsahibədə ER Prezidenti qeyd edib ki, təmas xəttində sakitlik olmalıdır. Qurbanlar olmamalıdır. “Bu günkü insan ovları istisna olmalıdır. Bu, müəyyən bir atmosfer və qarşılıqlı güvən yaradacaq. Qarşılıqlı inam haradan qaynaqlanır? qarşılıqlı  inam əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən gəlir. Bu razılaşmaları bir dəfə yerinə yetirməzsən, etibarsızlıq formallaşır və inamsız atmosfer yaradılır. Bunu aradan qaldırmalıyıq ki, bundan sonra danışıqları sakit atmosferdə davam edə bilək”,-deyə Prezident Sarkisyan vurğulayıb.

ER Prezidenti qeyd edib ki, hazırda münaqişənin nizamlanmasının konkret maddələri barədə danışıqlar aparılmır, lakin son illərdə baş verən hadisələri nəzərə alaraq bu təbiidir. “Son iki il ərzində biz Vyana, Sankt-Peterburqda görüşlər keçirdik və indi başlanmış proses iki istiqamətdə gedir. Birinci istiqamət odur ki, gərginlik azaltmalı, araşdıran mexanizmlər yaradılmalıdır və bunlarla qarşılıqlı inam atmosferinə gətirəcək, sonra isə sənədlərin müddəalarında dərinləşdirmək mümkün olacaq. Mən bir dəfə demişəm və indi də təkrar edirəm ki, bir tərəfdən danışıqlar aparmaq digər tərəfdən də atəş açmaq mümkün deyil. Danışıqlar atəşi səvmirlər. Bu cür şəraitlərdə razılığıa gəlməmiz mümkün deyil. Açılan atəşlər bizə maneə törədir və verdiyi qurbanlarımız bizim üçün həmişə ağrılı olur, beləliklə də danışıqlar prosesində əsəbi bir atmosfer yaradılır. Razılığa gəlmək üçün sakit atmosferdə hər bir sözü, hər bir fikri götür-qoy etmək lazımdır”.

Dövlət başçısı həmçinin qeyd edib ki, RF Xİ naziri Sergey Lavrov regiona etdiyi səfər zamanı DQ münaqişəsinin nizamlanması ilə bağlı heç bir konseptual və ya yeni təklif verməmişdir. Onun sözlərinə görə, erməni-rus əlaqələrin gündəmi o qədər zəngindir ki, yüksək səviyyəli rəsmilərin səfərlərində yalnız DQ məsələsini müzakirə etmirlər. “Bir daha da demək istəyirəm ki, Lavrovun Qarabağ haqqında nə demək istədiysə mətbuat konfransında demişdi. RF Xİ naziri əmindir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bu münaqişə həll oluna bilər və münaqişənin nizamlanması üçün onların təklif etdiyi prinsiplərə alternativ yoxdur”.

Daha çox göstər
Back to top button