Siyasət

Masis Mayilyan: Artsax müzakirə prosesində birbaşa təmsil olunmalıdır

Artsaxın danışıqlar masasına qayıdışı münaqişənin həlli məntiqindən irəli gəlir. Artsax münaqişənin əsas və ATƏT sənədləri ilə tanınmış tərəflərindən biri olaraq müzakirə prosesində birbaşa təmsil olunmalıdır. Bu haqda Armenpress-ə müsahibədə AR Xİ naziri Masis Mayilyan qeyd edib.

Onun sözlərinə görə, nizamlanma prosesində əsas uğurlar Artsaxın iştirak etdiyi zamanlarda əldə edilmişdi. “Xüsusilə 1994-cü ildə atəşkəs haqqında üçtərəfli razılaşması Azərbaycan-Qarabağ münaqişəsinin sülh prosesinin yeganə nailiyyətidir. Qeyd olunmuş sənəddən sonra DQR və Azərbaycan Müdafiə Nazirliklərinin rəhbərləri səviyəssində hərbi əməliyyatların məhdudləşməsi, atəşkəs və bunun uzadılması haqqında təxminən 10 ikitərəfli razılaşmalar əldə edilib.

Artsaxın iştirak etdiyi danışıqlardan Azərbaycanın imtinası nizamlanma prosesinə maneə törətmək üçün Bakının siyasətinin istiqamətlərindəndir”.

Onun fikrincə, üçtərəfli danışıqların bərpası münaqişənin son həllinə çatma məsələsindəAzərbayacn hakimiyyətinin siyasi iradə və səmimi maraqı göstərəcək. “Artsax nümayəndə heyətinin danışıqlar masaına dönməsi dialoq formatını bərpa etməklə yanaşı, sülh prosesinin effektivliyini də artıracaq”,-deyə AR Xİ naziri bildirib.

Daha çox göstər
Back to top button