İctimaiyyət

Qiymətlər artır, yoxsulluq əl çəkmir, ərzaq məhsulları bahalaşır

Bu ilin noyabrında Azərbaycanda inflyasiya oktyabrla müqayisədə 0,2% təşkil edib. İstehlak bazarında qiymətlər məhz bu qədər bahalaşıb. Bu dövr ərzində ərzaq və qeyri-ərzaq mallarının qiymətləri 0,3% yüksəlib, ödənişli xidmətlərin dəyəri isə dəyişməyib. Bu barədə ölkənin Dövlət Statistika Komitəsi bildirib.

Günəbaxan və qarğıdalı yağının, limonun, portağalın, mandarinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiyməti bir qədər ucuzlaşıb. Əvəzində, kolbasa və balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə yağı, zeytun yağı və marqarin, xiyar, bibər, badımcan, soğan, kartof, çay bahalaşıb.

Daha çox göstər
Back to top button