Siyasət
S. Sargsyan: “Ermənistan Avropa ilə viza rejimini 2-3 il ərzində ləğv edə bilər”
Avropa Birliyi ilə yeni sazişi ayrı bir prosesdir, viza rejiminin liberallaşdırılması isə ayrı bir prosesdir. Bu haqda “Armenia” telekanalına müsahibəsində ER Prezidenti Serj Sargsyan qeyd etdi.
“Əlbəttə bunlar bir-birinə bağlıdır, lakin yeni sazişin imzalanması viza rejiminin liberallaşdırılması prosesinin başlanması mənasını vermir. Bəli, sammit zamanı dialoqa başlamaq lazım olduğu ilə bağlı fikir vardı”- deyə S. Sargsyan qeyd etdi.
Onun fikirincə gələcək ilin birinci yarısında dialoq başlayacaq.
“Orada da çox problem var, bu uzunmüddətli bir prosesdir. Yaxşı işlədiyimiz halda, hesab edirəm ki , 2-3 il ərzində sona çata bilərik”- deyə Serj Sargsyan qeyd etdi.