Siyasət

Serj Sargsyan: “Ordumuzda həmişə islahatlar keçirilir və yeni silah növləri ilə təmin olunur”

Ermənistanda bir neçə ay sonra idarəetmə sistemi tamamilə dəyişəcək və bununla  bağlı Silahlı Qüvvələrdə yeni islahatlar keçiriləcək. “Armenia” telekanalına müsahibəsində ER Prezidenti Serj Sargsyan  orduda islahat keçirilməsi ilə bağlı yeddi illik proqrama toxunaraq bildirib.

“Orduda həmişə islahatlar keçirilir,ordu həmişə  yeni silah növləri ilə təmin olunur, struktur dəyişiklikləri baş verir, lakin bir neçə ay sonra idarəetmə sisteminin tamamilə dəyişdirilən bir ölkədə yaşayacağıq və idarəetmə sisteminə uyğun olaraq və bu keçidin çox səmərli olacağı üçün ilk növbədə silahlı qüvvələrdə dəyişiklik keçirilməlidir. Birincisi  bu  çox əhəmiyyətlidir, ikincisi də uzunmüddətli islahatların keçirilməsi üçün hər vaxt imkanımız olmayıb”- deyə Serj Sargsyan qeyd etdi.

O vurğulayıb ki,  Ermənistanın Silahlı Qüvvələrinin 7 il sonra nə imkanları olduğunu görməlidir.

Daha çox göstər
Back to top button