İctimaiyyət

Azərbaycan inverstorlar üçün cəlbedici deyil

“Azərbaycanın reytinqi aşağı düşdüyündən və insanlar kreditlər ilə yüklü olduğundan artıq  Azərbaycanda mikromaliyyə investorlar üçün cəlbedici deyil. Bu, mikromaliyyənin ən böyük problemidir.”

“Marja” xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMA) icraçı direktoru Jalə Hacıyeva deyib.

O qeyd edib ki, devalvasiyalardan öncə Azərbaycanda mikromaliyyə də problemli  kreditlərin xüsusi çəkisi 0,4% idi:

 “Yəni, 1%-ə belə çatmırdı. Kreditlərin 99%-ndən çoxu geri qaytarılırdı. Bu gün isə faiz kəskin olaraq qalxmışdır, hazırda problemli kreditlərin xüsusi çəkisi təxminən 35-45% civarında dəyişir. Bu səbəbdən də, təkrarnaliyyələşməni cəlb etməkdə çətinliklər var. Azərbaycan investorlar üçün risklidir.
Daha çox göstər
Back to top button