Ekonomika

Azərbaycanda istehsal olunmuş 577 milyonluq məhsul satılmamış qalıb

Qubad İbadoğlu: İstehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2015-ci il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil etmişdir. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar.

Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaarq istehsalçıların onları satışa çıxarmaması. Hazırda mövcud olan anbar qalıqları daha çox birinci səbəbdən yaranıb. Belə ki, xüsusilə də rayonlarda “Regionların sosial-iqtisadi inkiaf proqramları” çərçivəsində yaradılan yeni müəssisələr və sexlərin bir çoxundan məhsul buraxılşı bazarın tələblərinə cavab vermədiyindən onlar satılmır, yenidən istehsalçı müəssisələrin anbarlara qaydıır.

Odur ki, hazırda İstehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 577 milyon manata çatıb. Digər tərəfdən də bəzi məhsullar qiymətində gözlənilən qiymət artımını nəzərə alaraq istehsalçı onları baha qiymətə satmaq niyyətilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verir. Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davaml xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır.

Daha çox göstər
Back to top button