Siyasət

Ermənistan ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə NATO-nun dəstəyinə böyük əhəmiyyət verir: Nalbandyan

25 il əvvəl Ermənistan və NATO arasında əməkdaşlıq qurulub və cari ildə əməkdaşlığımız daha da artıb. Bunu NATO Baş katibinin müavini Rouz Gyotemyuller ilə görüşdən sonra jurnalistlərlə görüşdə ER Xİ naziri Edvard Nalbandyan bildirib.

“Sizin səfəriniz keçmiş yolu yekunlaşdırmaq və gələcək əməkdaşlıq yollarını müəyyən etmək üçün yaxşı bir fürsətdir”,-deyə Nalbandyan bildirib.

Onun sözlərinə görə, NATO Baş katibinin müavini ilə görüşdə iki tərəf də yüksək səviyyəli siyasi dialoqun davamına əhəmiyyət veriblər.

“Məmnuniyyətlə qeyd etdik ki, Ermənistan-NATO arasında 5-ci Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını həyata keçirildi”,-deyə ER Xİ naziri NATO-nun Ermənistandakı inam fondunun fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Nalbandyan xatırlatdı ki, Ermənistan beynəlxalq sülhməramlı səylərdə iştiark etməyə davam edir.

“Ölkəmizin təhlükəsizlklə bağlı ciddi təhdidləri var və dünyanın digər mərkəzlərində təhlükəsizlik və sabitliyin təmin olunmasında və gücləndirməsində öz töhfəsini verir. NATO Baş katibinə DQ münaqişəsinin son vəziyyətini, yalnız sülh yolu ilə həlli üçün Ermənistan və Minsk Qrupu həmsədrlərinin birgə səylərini təqdim etdim. Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə NATO-nun dəstəyinə böyük əhəmiyyət veririq”.

Daha çox göstər
Back to top button