Ekonomika

İrandan Ermənistana idxal olunan qazın həcmi artırılacaq

“Təbii qaz üçün elektrik enerji” layihəsinin illik nəticələri və İran-Ermənistan ikinci yüksək gərginlikli elektrik ötürücü xəttinin inşaatı və gələcək il layihələrini müzakirə etmək üçün ER Enerji və Təbii Sərvətlər naziri Aşot Manukyan dekabrın 16-17-də işgüzar səfəri ilə İran İslam Respublikasında idi.

ER Enerji və Təbii Sərvətlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir İran rəsmiləri və iranlı erməni icmasının nümayəndələri ilə görüşüb.

İran Milli Qaz Şirkətində Beynəlxalq Əlaqələr üzrə direktoru Behzat Babazadə ilə görüş nəticəsində əldə edilmiş razılaşmalara görə, cari ildə “təbii qaz üçün elektrik enerji” layihəsi çərçivəsində Eremənistana idxal olunan qazın həcmi artırılacaq.

Aşot Manukyan həmçinin iranlı erməni işadamları ilə görüşüb. Onlar bərpa olunan, xüsusilə də külək və günəş enerjisi sahəsində Ermənistana investisiya perspektivləri ilə marağlanırlar.

Nazir iş adamlarına Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün baxımından “Meğri” azad iqtisadi zonasının üstünlüklərini təqdim edib.

Daha çox göstər
Back to top button