NATO Baş katibnin müavini DQ münaqişəsinin nizamlanmasının region üçün önəmli hesab edir
Dekabrın 13-18-də “NATO hətəsi” çərçivəsində Ermənistana gələn NATO Baş katibinin müavini Rouz Gotemyoller hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması bütün region üçün müsbət olacaq.
Bu haqda o Yerevan Dövlət Universitetində tələbələrlə görüşdə bildirib.
“Mən təəssüf edirəm ki, artıq 25 ildir ki, münaqişə həll olunmadı. Ermənistan və Azərbaycanın birlikdə çalışa bilməsi üçün bu çox önəmlidir. Vyanada nazirlərin və oktyabrda prezidentlərin görüşündən çox məmnunam. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq RF Xİ naziri Sergey Lavrov və Fransa tərəfi ilə bu məsələyə cəlb edilmişdir. Mən NATO nümayəndəsi olaraq deyə bilirəm ki, bizim münaqişənin nizamlanması üçün yeni an görmə ümidimiz vardır”,-deyə NATO nümayəndəsi vurğulayıb ki, göstərilən diplomatik səylər üçün məmnundurlar.