BeynəlxalqSiyasət

NATO-nun Baş kartibinin müavini: “NATO-Ermənistan əməkdaşlığı qarşılıqlı maraqlardan qaynaqlanır”

Bu gün Edvard Nalbandyan ilə görüşün nəticələri ilə bağlı jurnalistlər üçün bəyanatda NATO-nun Baş katibinin müavini Rouz Qyotemyuller deyib: “Ermənistanın Xarici işlər naziriylə Ermənistan-NATO əməkdsalığının gənişləndirilməsi imkanları barədə söhbət edirik”.

“Biz mövcüd təhlükəsizlik problemləri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə söhbət edirik”- deyə NATO-nun Baş katibinin müavini qeyd edərək vurğulayıb ki, bu NATO-nun və Ermənistanın arasında qarşılıqlı maraqlardan qaynaqlanır.

Rouz Qyotemyullerin sözlərincə, Ermənistan-NATO fərdi tərəfdaşlığı əməliyyatlarının yeni proqramıyla qarşılıq əməkdaşlıq, hərbi təhsil və müdafiə islahatları sahəsində sıx əməkdaşlıq nəzərdə tutulur.

“Biz qarşımız duran tövsiələrə əsasən çalışacağıq. Təzliklə biz beynəlxalq öhdəliklərə uyğun olaraq Ermənistanın yararlısız zirehli vasitələrinin yıxılmasına yönəldilmiş yeni Etimad Fondunu açacaq. Biz Əfqanıstandakı missiyaya Ermənistanın mühüm töhfəsi üçün, eləcə də Kosovoda sizin sülhməramlı qüvvələrinin iştirakı üçün təşəkkür edirik”- deyə Rouz Qyotemyuller qeyd edib.

Daha çox göstər
Back to top button