Türk universitetinin rəhbərliyi azərbaycanlı tələbələrdən Ermənistan bayrağının qaytarılmasını tələb edərək, universitet binasındakı Azərbaycan bayrağını endirdi
Türkiyənin Bursa şəhərinin Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun verdiyi qərar etiraza səbəb olub.
Bu barədə azxeber.com-a sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr məlumat verib. Salih Pay universitet binasındakı Azərbaycan bayrağının endirilməsinə qərar verib. Buna səbəb isə həmin binada olan Ermənistan bayrağının ortadan itməsi olub.
Salih Pay universitet binasındakı Azərbaycan bayrağının endirilməsinə qərar verib. Buna səbəb isə həmin binada olan Ermənistan bayrağının ortadan itməsi olub.
Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.
Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bu hadisə ilə bağlı bir neçə türk gənc universitet önündən etiraz videosu paylaşıblar.