Beynəlxalq

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycan hakimiyyətinin jurnalistlərə qarşı zorakılıqlarını şiddətlə qınayır

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Azərbaycanda “Kanal 13” internet televiziyasının icraçı direktoru  Əziz Orucov hökmü ilə bağlı narahatlığını ifadə edir. Bu haqda ATƏT-in mətbuat xidmətindən məlumat verilir. Dekabrın 15-də “Kanal 13” internet televiziyasının icraçı direktoru  Əziz Orucov  Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum edilib.

“Mən hakimiyyəti Əziz Orucov hökmünü yenidən nəzərdən keçirməyə və onun azadlığı və təhlükəsizliyini təhdid edən məhdudlaşdırıcı tədbirlərə son qoymağa çağırıram. Ümid edirəm ki, bu qərar apellyasiya prosesində nəzərdən keçiriləcəkdir”,-deyə Dezir qeyd edib.

ATƏT-in nümayəndəsi 2017-ci il may ayında Tiflisdə qaçırılan jurnalist Əfqan Muxtarlını da xatrırlatdı. “Muxtarlının qaçırılmasını və Azərbaycanda ona qarşı saxta ittihamların irəli sürülməsini nəzərə almadan, Müxtarlı həbsdədir və bu çox narahatedicidir. Mən hakimiyyəti jurnalistə qarşı bütün iddiaları ləğv etməyə və ifadə azadlığı hüququna hörmət etməyə çağırıram”,-deyə Arlem Dezir qeyd edib. O həmçinin vurğulayıb ki, jurnalist Xadicə İmsayılın bank hesablarına həbs qoyulması və ölkədən çıxışının qadağan olması ciddi addımlardır və bu addımlar jurnalistlərin faəaliyyətlərinə maneə törədirlər.

Dizer Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bloqqer və  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Mehman Hüseynovu iki il azadlıqdan məhrum edilməsinə dair də narahatlığını bildirib.

Daha çox göstər
Back to top button