Ekonomika

Meğri azad iqtisadi zonasından sadəcə Ermənistan deyil, qonşu ölkələr də faydalanacaq

Meğridə günlər əvvəl açılmış azad iqtisadi zonasından sadəcə Ermənistan deyil, qonşu və dost ölkələr də faydalanacaqdır. Layihə yalnız İran-Ermənistan deyil, AİB-ə üzv ölkələri ilə biznes əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. İqtisadçı Atom Margaryan Meğri azad iqtisadi zonası barədə Sputnik Armenia ilə danışdı.

Onun sözlərinə görə, sadəcə erməni və iranlı iş adamları deyil, gömrük və vergi imtiyazlı rejimi ilə həm İran və Yaxın Şərq bazarlarına, həm də GSP+ sitemilə AİB və Aİ bazarlarına malları ixrac etmək istəyənlər bu yolu tətbiq edə bilərlər. Atom Margaryanın fikrincə, iqtisadi zonasının fəaliyyəti gələcək 1-2 illərdə, xüsusilə də İran və AİB arasında əməkdaşlıq üzrə müqaviləsinin imzalanmasından sonra daha da aktivləşəcək. ER və Aİ sazişi də iranlı iş adamları üçün əlavə imkanlar yaradacaq.

İqtisadçının bildirdiyinə görə, gələcək 3-4 illərdə azad iqtisadi zonası ərazisində 1500-ə qədər iş yeri açılacaq. “Yaxın gələcəkdə azad ticarət zonasından Ermənistanın faydaları görünəcək”,-Atom Margaryan deyib. O xatırladır ki, layihəyə görə, gələcək illərdə azad iqtisadi zonası genişləndiriləcək  və 70 hektarda 70-ə qədər müəssisə fəaliyyət göstərəcək. İllik dövriyyə 80-100 milyon dollara çatacaq.

Daha çox göstər
Back to top button