DQ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin olmaması danışıqlar prosesində Azərbaycan tərəfindən göstərilən maksimalist və barışmaz mövqeyindən aıllıdır. Bunu Yunanıstanın “Etnos” qəzetinə müsahibəsində ER Xİ naziri Edvard Nalbandyan qeyd edib.
Nazirin sözlərinə görə, Bakı Vyana, Sankt_peterburq və Cenevrədə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş son 3 görüşdə münaqişənin yalnız sülh yolu ilə nizamlanması, atəşkəsə dair 1994-1995-ci illərdə üçtərəfli sazişin şərtsiz şəkildə icra edilməsi, atəşkəs rejim pozulmalarını araşdıran mexanizmlərin yerləşdirilməsi, münaqişə zonasında aparılan monitorinqin səmərəliyini artırmaq üçün ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmalarını yerinə yetirməkdən imtina edir.
“Azərbaycan geri addım atdı və Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplərə sadiqliyini təsdiqləməkdən imtina edib. Bakı bir çox razılaşmalardan imtina edib və bu nümaunələr Azərbaycan danışıqlar tərəfi kimi etibarlılığını şübhə altına qoyur. Eyni zamanda, Bakı təmas xəttində atəşkəs rejimini pozmağa və təxribatlara davam edir. 2016-cı il apreldə Azərbaycan beynəlxalq humanitar hüququn ciddi pozulmaları ilə, dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlılara qarşı zorakılıqla və İŞİD kimi baş kəsmələrlə Dağlıq Qarabağa qarşı təcavüzə başladı.
Azərbaycan həmsədrlər tərəfindən təklif olunan və Ermənistanın dəstəklədiyi prinsiplərdən imtina edir. Bu isə, danışıqlar prosesinin irəli sürülməsinə maneə olan əsas faktorudur”,-deyə Nalbandyan qeyd edib.