BeynəlxalqSiyasət

Sacad Karim: “AB Azərbaycanın “qara siyahısına” öz deputatlarının daxil edilməsinə qarşı çıxacaq”

Avropa İttifaqı AB deputatlarının Azərbaycanın “qara siyahısına” daxil edilməsinin hər hansı bir halına qarşıdır. Bu barədə AB-Ermənistan əməkdaşlıq komissiyasının 17-ci iclasından sonra təşkil edilmiş mətbuat konfransı zamanı AB-Ermənistan parlament əməkdaşlıq komissiyasının həmsədri Sacad Karim deyərək vurğulayıb ki, hər hansı səfər zamanı deputatların statusu dəqiqləşdirilməlidir.

“Avropa Şurasının üzvləri öz parlament fəaliyyətini həyata keçirməkdə və özün üçün əhəmiyyətli hər hansı prioriteti dəstəkləməkdə azaddır. Biz Azərbaycanın “qara siyahısına” öz deputatlarının daxil edilməsinə qarşı çıxacaq, amma paralel olaraq aşağıdakıları anlamaq lazımdır. Aydın olmalıdır ki, onlar xüsusi bir şəxs və ya fərdi deputat kimi deyil, Avropa Birliyi və Avropa Şurası adından rəsmi olaraq səfər edir. Bu da qeyri-sağlam bir qarışıqlığa səbəb olacaq”- deyə Sacad Karim qeyd edib.

Daha çox göstər
Back to top button