Siyasət

Serj Sarkisyan AŞPA-nın qış sessiyasında çıxış edəcək

Yanvarın 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada AŞPA yeni prezident, yeni insan haqları komissarı və AİHM hakim seçməlidir.

Bu barədə AŞ saytında məlumat yayılıb.

Konfransda Ermənistanın Prezidenti Serj Sarkisyan, Danimarkanın prensesi Meri, Daniyanın xarici işlər naziri, Danimarka Baş naziri və Avstriya Prezidenti çıxış edəcəklər.

Qış sessiyasında Avropa Şurasının baş katibi Torbjorn Jagland çıxış edəcək, İnsan Hüquqları üzrə komissar Nils Mujnieks isə, 2017-ci ilədək fəaliyyəti barədə son hesabatını təqdim edəcək.

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda səfərdə idi və Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi vaxtda AŞPA-da çıxış etmişdi.

Daha çox göstər
Back to top button