Siyasət

Əliyevin sabiq kürəkəni Bakıya erməni əsilli müğənni dəvət etmək üçün tənqid edilir

Moskvada yaşayan məşhur işadamı, müğənni, Azərbaycan prezidentinin sabiq kürəkəni Emin Ağalarov Azərbaycan mediasının tənqidlərinə məruz qalıb, çüki Bakıda keçiriləcək “Жара-2018” festivalına erməni əsilli müğənni Aleksey Çumakovu dəvət edib.

Çumakov keçmişdə söyləmişdi ki, onun ana ataları Dağlıq Qarabağdandır, lakin özü və anası Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Qeyd edilir ki, müğənni bir çox dəfə erməni əsilli olduğunu söyləmişdi.

“İndi də Emin Ağalarov Çumakovu Bakıya dəvət edib,-deyə haqqın.az yazır.

Mənbə 2016-cı ildə məşhur gürcü müğənni Sose Pavliaşvilinin səfərini də xatılrlatdı. O vaxt Ağalarovun sayəsində Azərbaycan XİN “qara siyahısı”-na daxil olunmuş Pavliaşvilinin Bakıdakı xeyriyyə konserti həyata keçirilmişdi.

Məlumdur ki, Pavliaşvili 2004-cü ildə Artsaxda konsert vermək üçün “qaraq siyahısına” daxil edilmişdi.

Daha çox göstər
Back to top button