BaşlıcaBeynəlxalq

Azərbaycan İsveç XİN tərəfindən maliyyələşdirilən institut və araşdırmaçı Kornelinə rüşvət verib: İsveç mediası

İsveçin aparıcı Dagens Nyheter qəzeti Azərbaycanın korrupsiya qalmaqalları barədə yeni məlumatlar aşkar edib. Qəzet yazır ki, İsveç XİN tərəfindən maliyyələşdirilən Stokholm Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun (ISDP) sədri Svante Kornel Azərbaycandan rüşvət alıb və institut xaricdə Azərbaycanı müsbət şəkildə göstərirdi.

“Dagens Nyheter” qəzeti aşkar edib ki, Stokholm Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutu Azərbaycanın lobbist təşkilatları tərəfindən maliyyələşdirilir, Kornelis isə Azərbaycan rejimi tərəfindən maliyyələşdirilən şuradadır.

Svante Korneli Azərbaycan məsələləri üzrə ekspertdir və onu çox vaxt Azərbaycanın hakim rejiminin adını “müqəddəsləşdirmə” missiyasında günahlandırdılar. İsveç qəzeti aşkar edib ki, Korneli və Stokholm Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutu «Telia Sonera» şirkəti tərəfindən maliyyələşdirilir. Qəzet əlavə edir ki, «Telia Sonera» şirkəti Azərbaycan prezidentinin ailəsi tərəfindən rüşvət almasından şübhələnilir. Stokholm Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun digər sponsoru “Avropa Azərbaycan Cəmiyyəti” lobbiçilik təşkilatıdır, hansı ki The Economist 1843 jurnalına görə, Azərbaycan nazirlərindən birinin övladına aiddir.

Svante Korneli həmçinin “Qafqaz” Beynəlxalq Tədqiqat Mərkəzinin üzvüdür. Mərkəz isə, Azərbaycan tərəfindən maliyyələşdirilir. Mərkəzin məqsədi xaricdə Azərbaycanın müsbət imicinin yaradılması və saxlanmasına kömək etməkdir.

ABŞ-nın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç qəzet ilə söhbətdə qeyd edib ki, Korneli illər ərzində Azərbaycan hakimiyyətinə qarşı davranışını dəyişdirdi.

“Svante Əliyev rejiminin müdafiəçisi olub”,-deyə diplomat qeyd edib.

“Amnesty International Sweden” beynəlxalq insan hüquqları təşkilatının sözçüsü Ami hedenborg bununla bağlı qeyd edib: “Azərbaycan insan hüquqlarını ciddi şəkildə pozan bir ölkədir. Əgər sən şurada rejim tərəfindən maliyyələşdirirən İsveçli bir alimsən, bu çox narahatedicidir. Bunlar insan hüquqlarının kobud pozmalarıdır”.

Daha çox göstər
Back to top button