Təhlil

Azərbaycandan Rusiyaya gedən əhalinin 17 min 195 nəfəri geri qayıtmayıb

Nemət Əliyev: “Bir il 10 ayda Azərbaycandan Rusiyaya gedən əhalinin 17 min 195 nəfəri geri qayıtmayıb, orada qalıb…

Son bir neçə ildə tətbiq olunan sanksiyalar fonunda vəziyyəti nə qədər ağırlaşsa da, Rusiyada sosial-iqtisadi şərait buradakı ilə müqayisədə öz cazibəsini hələ də qoruyub saxlamaqdadır. Bizim ölkə ilə müqayisədə məşğuliyyət imkanlarının genişliyi, yüksək əmək haqqı, qayda-qanunlara əməl olunması, vətəndaşa hörmət qoyulması və sair kimi çox vacib göstəricilərə görə Rusiya hələ də irəlidədir. Üstün cəhətlərdən biri də odur ki, o ölkədə xırda və orta biznes ilə məşğul olanları təqib edən, onların yaxasından sallaşan qarğa-quzğunlara bir o qədər rast gəlməzsən.

Elə bunun nəticəsidir ki, son bir il 10 ayda Rusiyadan Azərbaycana gələnlərin sayı 27 min 828 nəfər olsa da, Azərbaycandan Rusiyaya gedənlərin sayı 45 min 23 nəfər olub. Bu bir il 10 ayda Azərbaycandan Rusiyaya gedən əhalinin 17 min 195 nəfəri geri qayıtmayıb. Bunun 6 min 756 nəfəri bu ilin payınadır. Bu haqda məlumat Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yayılıb.

Bizim rəsmilərin söylədiyi sosial-iqtisadi inkişaf nağıllarını alt-üst eləyən statistikadır. Vətənini sevən hər bir kəs nəticə çıxarmalıdır bu statistikadan. Birbaşa dözülməz sosial-iqtisadi şəraitin burada törətdiyi bəladır. Bu bəladan yaxa qurtarmaq üçün hamılıqla əlimizi daşın altına qoymalıyıq”.

Daha çox göstər
Back to top button