Siyasət

ER Müdafiə naziri sərhədyanı kənd sakinlərinin təhlükəsizliyinin təmin etməsini prioritet məsələ hesab edir

ER Müdafiə Nazirliyinin inzibati kompleksində dekabrın 20-də sərhədə yaxın kəndlərində koordinasiya məsələlərinin həlli üçün yaradılmış idarələrarası komissiyanın nöbəti iclası kecirilib.

ER MN informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclas zamanı idarələrarası komissiyanın üzvləri 2017-ci ildə sərhədə yaxın kəndlərində kəyata keçirilmiş layihələri və tədbirləri təqdim ediblər və 2018-ci ildə aparılan işlərin əsas istiqamətlərini qeyd ediblər.

Qeyd olunub ki, cari ildə sərhədə yaxın kəndlərin təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar atılmışdır.

İclas sonunda komissiya sədri, Müdafiə naziri Vigen Sarkisyan vurğulayıb ki, 2017-ci ildə və eləcə də gələcək ildə komissiya üçün prioritet məsələ sərhədə yaxın kənd sakinlərinin təhlükəsizliyi qalacaq. Vigen Sarkisyan həmçinin sosial təşəbbüslərlə paralel olaraq konkret investisiya layihələrinin həyata keçirilməsinin və sərhədyanı kəndlərdə əlverişli biznes mühitinin yaradılmasının vacibliyini vurğuladı.

Daha çox göstər
Back to top button