Siyasət

ER Xİ naziri Fransa Prezidentinin diplomatik məsləhətçisi ilə görüşüb

Parisdə olan ER Xİ naziri Edvard Nalbandyan Fransa Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Filip Etyen ilə görüşüb.

XİN mətbuat və informasiya əlaqələr şöbəsindən verilən məlumata görə, tərəflər Ermənistan-Fransa münasibətlərinin gündəmində olan bir sıra məsələləri müzakirə ediblər.

Edvard Nalbandyan və Filip Etyen regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button