Ekonomika

Ermənistandan malların ixracatı ilk dəfə 2 milyard dolları aşdı

Ermənistanda cari il 11 ay ərzində misli görünməmiş iqtisadi göstəricilər qeydə alınmışdır. Yanvar-noyabr aylarında ixracat həcmləri ilk dəfə 2 milyard dolları aşdı. “Armenpress”-ə müsahibədə ER İqtisadi inkişaf və investisiyalar nazirinin müavini Tigran Xaçatryan bildirib ki, bu göstərici gözləniləndi və hökumət tərəfindən ixracat istiqamətində aparılan siyasətinin nəticəsidir.

“Malların ixracatı ilk dəfə 2 milyard dolları aşdı. Bu cür göstəricilər gözləniləndi, çünki ixracat iqtisadiyyatın önəmli güclərindən biri olaraq bütün il ərzində stabil inkişaf qeyd etdi”,-deyə nazir müavini bildirib. Onun sözlərinə görə, iqtisadi aktivliyinin 7.3% artımı son 5 illə müqayisədə ən yükəsk olanıdır.

Daha çox göstər
Back to top button