Siyasət

Jurnalist Əvəz Zeynallı 200 manat cərimə edilib

Ötən gün saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün sərbəst buraxılıb. Binəqədi Rayon Məhkəməsi onun 200 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polis nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq) məsuliyyətə cəlb edilib.

Ə.Zeynallı Turan-ın müxbirilə söhbətində özünə qarşı ittihamın uydurma olduğunu bildirib.

O qeyd edib ki, məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət veriləcək.

Xatırladaq ki, Ə.Zeynallı Binəqədi şossesində nəqliyyatın hərəkətinin əsassız bağlanması ilə bağlı birbaşa efirdə danışarkən saxlanılıb. Polis əməkdaşları ondan reportajı dayandırmasını tələb ediblər. Ancaq Ə.Zeynallı öz peşə fəaliyyətini davam etdirdikdə onu saxlayıblar və Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparıblar.

Daha çox göstər
Back to top button