Mədəniyyət

Qədim əlyazmalar, xaçkarlar, zərgərlik nümunələri: Nyu York Metropoliten muzeyində erməni mədəniyyətinə həsr edilmiş sərgi açılacaq

Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində 2018-ci ildə erməni mədəniyyətinə həsr edilmiş sərgi açılacaq. Mesrop Maştots adına Metenadaranın direktoru Vahan Ter-Ğyevondyanın sözlərinə görə, açılış sentyabrda olacaq və təxminən 4 ay sürəcək.

“Matenadarandan, Surb Eçmiadzindən və Ermənistan tarix muzeyindən gətirilmiş eksponatlar nümayiş etdiriləcək. Biz 28 əlyazması təqdim edirik. Düşünürəm ki, bu sərgi bizim dəyərlərimizin tanıtımına kömək edəcək. Bu proses iki il əvvəl başlamışdı”,-deyə Vahan Ter-Ğevondyan bildirib.

Ermənistan tarix muzeyinin direktor müavini İveta Mkrtçyan qeyd edib ki, muzey sərgidə 5-6-cı əsrlərin xaçkarlarını təqdim edəcək. Həmçinin tətbiqi sənət əşyaları, zərgərlik nümunələri nümayiş olunacaq. Bunlar 11-13-cü əsr nümunələridir.

Daha çox göstər
Back to top button