Siyasət

Riçard Mils Ermənistan və ABŞ arasında olan iqtisdi əlaqələrdən məmnundur

ABŞ-nın ER-dakı səfiri Riçard Mils Ermənistan-ABŞ əlaqələrinin cari səviyyəsindən məmnundur. Səfir bu haqda Ermənistan-Amerika əməkdaşlığın və dostluğun 25-ci yubliləyinə həsr edilmiş tədbir çərçivəsində jurnalistlərlə görüşdə bildirib.

“Ermənistan-Amerika münasibətləri güclüdür və biz bir sıra sahələrdə əməkdaşlıq edirik. Mən xüsusilə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrindən çox məmnunam. Son zamanlarda biz qeyd etdik ki, son 12 ay ərzində ABŞ ilə ticarət həcmləri 35% artıb. Ticarət həm Ermənistan, həm də ABŞ-da yeni imkanlar yaradır, iş yerləri açılır. Bundan başqa, son iki il ərzində ABŞ-dan Ermənistanda qoyulan xarici investisiyalar yarım milyard dollar təşkil edib və mən əminəm ki, bu investisiyalar artacaqdır”,-deyə Riçard Mils vurğulayıb ki, bir sıra sahələrdə, məsələn hərbi əməkdaşlığında əlaqələr daha da gücləndirilə bilər.

Daha çox göstər
Back to top button