BeynəlxalqSiyasət

E. Nalbandyan: “ER-AB viza rejiminin sadələşdirilməsi məsələsində Ermənistan Fransanın dəstəyini gözləyir”

Səfərlə Parisdə olan Xİ naziri Edvard Nalbandyan Fransa Dövlət naziri, Daxili işlər naziri Jerar Kolon ilə görüşüb. Bu barədə ER XİN mətbuat xidmətindən bildirilir.
Görüşdə Ermənistan-Fransa əlaqələrinin gündəliyində olan bir sıra məsələləri müzakirə edilib. Həmsöhbətçilər Ermənistan ilə Avropa Birliyi arasaında imzalanmış Hərtərəfli və geniş tərəfdaşlıq haqda sazişinə toxunub. Bu kontekstdə ER və AB arasında viza rejiminin sadələşdirilməsinə dair dialoqun başlamasının mümkünlüyünü də müzakirə edilib.

Edvard Nalbandyan qeyd edib ki, yuxarıda qeyd olunan məsələdə Ermənistan tərəfi dost Fransanın dəyərli dəstəyini gözləyir.
ER Xİ naziri əlavə edib ki, Fransa, 2008-ci ildə Ermənistan ilə viza rejiminin sadələşdirilməsi prosesini başladığı AB-da ilk ölkə idi.
Görüşdə artıq təxminən dörd il ərzində viza rejiminin sadələşdirilməsi və reabilitasiyası üzrə Ermənistan və AB arasında mövcud olan sazişlərin uğurla həyata keçirilməsi ilə bağlı məmnunluq bildirilib. Həmsöhbətçilər iki ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.

Daha çox göstər
Back to top button