Ekonomika

Ermənistan Cənubi Osetiya ərazisindən Rusiyaya yük daşıya biləcək

Gürcüstan İsveçrənin SGS monitorinq şirkəti ilə müqavilə imzaladı və müqaviləyə əsasən, Kazbeq-Verin Lars yoluna fors major hallarda Cənubi Osetiya ərazisindən Rusiyaya yük daşımaları üçün imkan yaradılır.

Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili parlamentdə deyib ki, saziş Tbilisinin maraqlarına xidmət edir.

“Ölkəmizin tranzit potensialını tətbiq edinölkələr: Türkiyə, Ermənistan və s. fors-major hallarda bu dəlizdən istifadə edə biləcək. Lakin təkrara qeyd edirəm ki, bu sadəcə birtərəfli imzalanmadır. Biz danışıqları davam etdirirk, çünki Rusiya tərəfindən irəli sürülən bəzi şərtlər bizim üçün qəbuledilməzdir”,-deyə Giorgi Kvirikaşvili bildirib.

Daha çox göstər
Back to top button