Siyasət

Qüds statusu haqqında Ermənistanın mövqeyi dəyişməd: XİN mətbuat katibi

Ermənistan Qüdsla bağlı bütün gedişləri yaxından izləyir, çünki Erməni Apostolik Kilsəsi Müqqədəs yerlərin hüququi sahib kilsələrdən biridir. Bunu ER XİN mətbuat katibi Tigran Balayan bildirib.

“Ermənistan Qüds statusuna dair artıq öz müvqeyini bildirmişdir və mövqemiz dəyişməyib. Qüds statusu beynəlxalq gündəmin əsas məsələlərindəndir və danışıqlar yolu ilə, İsrail- Fələstin münaqişə tərəfləri üçün qəbul edilən nizamlanma kontekstində həll oluna bilər. Bu, təhlükəsizlik və sülh üçün yol aça bilər”.

O qeyd edib ki, Qüdsdə əsrlər boyu erməni varlığı, zəngin erməni tarixi və mədəni irsi vardır. “Erməni Apostol Kilsəsi müqəddəs yerlərin sahibi olan kilsələrindən biridir. Təbii ki, biz Qüdsdəki hadisələri yaxından izləyirik.

Qüdslə bağlı son zamanlarda bəyan edilən mövqeləri nəzərə alaraq, biz danışıqlar yolu ilə Qüdsün son vəziyyətini müəyyən etmədiklərini qəbul edirik”,-deyə Tigran Balayan bildirib.

Daha çox göstər
Back to top button