Siyasət

Səfir Mnatsakanyan BMT Təhlükəsizlik Şurasında DQ münaqişəsinin nizamlanması məsələsini qaldırdı

Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin müasir problemləri” adlı müzakirəsi keçirilib. Müzakirədə ER-nın BMT-dəki daimi nümayəndəsi Zohrab Mnatsakanyan da iştirak edib. Səfir Mnatsakanyan öz çıxışında münaqişələrin nifrət, dözümsüzlük və milli mənsubiyyətə əsaslanan ayrı-seçkiliyin erkən qarşısının alınmasının vacibliyinə toxundu.

ER səfiri qeyd edib ki, nifrət təbliğatı, dözümsüzlük, düşmənçilik, irqi və ya milli mənsubiyyətə əsaslanan ayrı-seçkilik, xüsusən də bu hadisələrin siyasi hakimiyyət orqanları tərəfindən dəstəkləndirilməsi beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməlidir.

Münaqişələrin nizamlanma prosesində regional təşkilatların roluna dair Mnatsakanyan beynəlxalq ictimaiyyət, BMT və Baş katibinin DQ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini məmnuniyyətlə qeyd edib.

16 oktyabr və 6 dekabrda prezidentlər və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlər və bəyanatları xatırladaraq, Ermənistanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu təsdiqlədi.

Daha çox göstər
Back to top button