İctimaiyyət

Әli Kәrimli ABŞ sәfirilә görüşdü

AXCP sədri Əli Kərimli  dekabrın 24-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

AXCP Mətbuat Xidmətindən aldığımız məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Ölkədəki siyasi məhbuslar problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr, müxalifətdən olan fəallara, vətəndaş cəmiyyətinә və azad mətbuata qarşı təzyiqlər müzakirə mövzusu olub.

Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, gələn il keçiriləcək prezident seçkiləri, seçki qanunvericiliyinin təkmilləşdirilməsi də müzakirə olunub.

Daha çox göstər
Back to top button