Siyasət

Azərbaycanlı siyasi məhbusların şəkilləri Avropa küçələrini bəzədi!

Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) “Siyasi məhbuslara azadlıq!” tələbi ilə növbəti aksiyasını keçirib.

Müsavat AKM-dən “Basta”ya verilən məlumata görə, aksiya çərçivəsində eyni vaxta Almaniyanın Köln, Mainz, Nürnberg və Fransanın Laval şəhərlərində izdihamlı mitinqlər baş tutub.

Aksiya Azərbaycandakı siyasi məhbusların, o cümlədən Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun, Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlının, Nida gənclər təşklatının təmsilçiləri İlkin RüstəmzadəQiyas İbrahimBayram Məmmədov və Elgiz Qəhrəmanın, jurnalist və blogerlər Əfqan MuxtarlıMehman HüseynovSeymur HəziƏziz Orucov və Fikrət Fərəməzoğlunun, eləcə də Taleh Bağırzadənin və “Nardaran işi” üzrə məhkum edilmiş digər məhbusların həbsdən azad olunması tələb edilib.

Təkcə Almaniyanın Köln şəhərində keçirilən aksiyada yüzə yaxın mühacir iştirak edib. Aksiyada çıxış edən Müsavat AKM-in Nəzarət Təftiş Komissiyasının sədri Əli Quliyev bildirib ki, Azərbaycanda rüşvərxorluğa və korrupsiyaya qurşanmış Əliyev hakimiyyəti öz oponentlərinə qarşı şərləmə metodundan istifadə edir. O, buna sübut olaraq, Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun heç bir əsas olmadan saxlanmasını və uydurma ittihamla həbsə atılmasını misal göstərib.

Almaniyanın Mainz şəhərində keçirilən aksiya haqqında məlumat verən Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu, aksiyada almaniyalı jurnalistlərin də iştirak etdiklərini bildirib.

“Bəyanatlarımızı Azərbaycan dilində Samir Quliyiev, ingilis dilində Səbuhi Qulusoy, alman dilində Xəzər Bayramov səsləndirdi. Almaniyanın ZDF və Algrmaynsaytunq qəzeti tədbirimizdə iştirak etdi. Bəyanatlarımızı təqdim etdik”, – Əhməd Cəlaloğlu deyib.

Daha çox göstər
Back to top button