Başlıcaİctimaiyyət

BBC: “Dolma mahüribəsi” Avropaya qədər gedib çıxıb

Qarabağ Azərbaycan və Ermənistan  xalqının bölüşdürə bilmədiyi yeganə şey deyil. Mübahisə və sosial şəbəkə savaşının daha bir səbəbi isə dolmadır.  Bu haqda “BBC” informasiya agentliyi yazır.

“BBC”  yazır ki, dolma Çindən tutmuş Əlcəzairə qədər bir çox ölkələrdə hazırlayırlar. Dolma mövzusu Avropaya qədər gedib çıxıb. Almaniyada həmfikirlərdən ibarət qrup Azərbaycan, Ermənistan və Gürcüstandan olan 3 tələbə barədə serialı istehsala buraxıb. Serialın yaradıcılarınndan biri Oliver Myuser ssenarinin artıq hazır olduğunu, serialın ilk mövsümünün YouTube-a gələn il yerləşdiriləcəyini söyləyir. İlk versiya Dolma Diaries (Dolma Gündəliyi) adlanır.

“Ermənilər və azərbaycanlılar arasında qarşıdurma yaradan məsələlər – ərazi, tarix, yemək, beynəlxalq təsir kimi məsələlər arasında biz fikirləşdik ki, məhz yeməyi komediya serialının adında istifadə etmək olar”.

Daha çox göstər
Back to top button