İdman

H. Serbyan: “ Ən yaxşı seçim Bakıya getməməkdir”

“Avropa gimnasitika federasiyasının yeni prezidenti azərbaycanlıdır. Buna görə Bakıda turnirlərdə iştirak edə bilmərik”. Bu barədə jurnalistlərlə görüş zamanı Ermənistan idman gimnastika komandasının baş məşqçisi Hakob Serobyan bildirib.

O xatırlatdı ki, Olimpiya reytinqi verən Dünya Kubokunun seçməsinin iki mərəhələsi də Bakıda keçiriləcək. “Fakt o deyil ki, bizə icazə vermir, ya da maneə törədə bilər. Sadəcə əgər kimsə tribunalardan bizim idmaçılarımıza şüşə atsa və ya bağırsa, biz erməni kimi səssiz qala bilməcək. Ən yaxşı seçim sadəcə Bakıya getməməkdir”- deyə o, əlavə edib.

Hakob Serobyan öz iki tələbələri Harutyun Merdinyan və Artur Tovmasyan ilə keçən il yekunlaşdırdı. “ İl uğurlu və turnirlərlə dolğun oldu. Biz 7 medal bir qızıl, 2 qümüş, 4 bürünc qazanmışıq. Əgər genclərin nəticələrini nəzərə alsaq, medalların sayı daha çox olacaq”- deyə Serobyan bildirib.

Daha çox göstər
Back to top button